22:34, 27 Aprel 2017 (Cümə axşamı) 187

Bakıda ruhi əsəb dispanserində iki xəstə ölüb

Bakıda ruhi əsəb dispanserində iki xəstə ölüb
/ ÖLKƏ

Bakı. 27 aprel. / Bakıda ruhi əsəb dispanserində müalicə olunan iki xəstə dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində qeydə alınıb.

Dispanserdə müalicə olunan 60 yaşlı Viktor Nikolayeviç və 51 yaşlı Mürvətov İlqar Mehdi oğlu ilkin ehtimala görə, uzun sürən xəstəlikdən ölüb.

Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";