13:37, 18 Aprel 2016 (Bazar ertəsi) 278

​Bakıda tələbə qız özünü 14-cü mərtəbədən atmaq istəyib

​Bakıda tələbə qız özünü 14-cü mərtəbədən atmaq istəyib

Bakının Nəsimi rayonunda 18 yaşlı qız intihara cəhd edib.

"Report”un xəbərinə görə, Bakı şəhər sakini A.R. akademik H.Əliyev küçəsində 15 mərtəbəli binanın 14-cü mərtəbəsinə çıxaraq özünü oradan atmaq istəyib. İntihar cəhdinin qarşısı polis əməkdaşları və sakinlər tərəfindən alınıb.

Qeyd edək ki, A.R. 1 saylı Tibb Kollecinin ikinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.