17:58, 11 Yanvar 2017 (Çərşənbə) 124

Bakıda tüfeyli həyat tərzi keçirən şəxsi öldürən kişi və qadının məhkəməsi başlayıb

Bakıda tüfeyli həyat tərzi keçirən şəxsi öldürən kişi və qadının məhkəməsi başlayıb
/ ÖLKƏ

Bakı. 11 yanvar. / Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində baş verib. Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";