12:43, 21 Dekabr 2016 (Çərşənbə) 118

Bakının tıxac probleminə çarə: YENİ TƏKLİFLƏR

Bakının tıxac probleminə çarə: YENİ TƏKLİFLƏR

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda günün pik saatlarında yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə dövlət qurumlarında iş vaxtının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlayıb. 

"Report"un xəbərinə görə, bununla bağlı BNA-nin baş direktoru Vüsal Kərimli məlumat verib.

V.Kərimlinin sözlərinə görə, müvafiq təkliflər artıq Nazirlər Kabinetinə təqdim edilib. 

Təkliflərlə bağlı 3 variantın hazırlandığını qeyd edən V.Kərimli bildirib ki, ilkin variant sıfır investisiya ilə yollarda tıxacın, sərnişin axınının həll edilməsini nəzərdə tutur: "Yəni, heç bir maliyyə sərf edilmir və dövlət qurumlarında iş saatları dəyişdirilir. İşin başlama saatı 08:30, 09:30 və s. təyin edilə bilər. Araşdırmalarımız göstərir ki, bu, yollardakı nəqliyyat problemlərini 20% həll edə bilər. Digər variantımız minimun investisiya ilə nəqliyyat axınını təmin edəcək. Nəhayət, üçüncü varinat böyük investisiyalardan ibarətdir və sürətli avtobus keçidlərinin tətbiq olunmasını nəzərdə tutur".