20:37, 19 Aprel 2017 (Çərşənbə) 129

Baş katib: "OPEC hasilat qərarını mayın 25-də verəcək"

Baş katib:

Bakı. 19 aprel. / Neft hasilatının azaldıması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasının uzadılması ilə bağlı müzakirənin OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr arasında bu il mayın 25-də keçiriləcəyi bildirilib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama OPEC baş katibi Məhəmməd Barkindo tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən konfransda verilib. 

Baş katib bildirib ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr qlobal neft ehtiyatlarını azaltmaq niyyətlərini qoruyurlar. M.Barkindo anlaşmadakı bütün ölkələrin neft bazarında sabitliyi bərpa etmək istədiyini xatırladıb: "Təşkilat şist neft hasilatçıları ilə də görüşlər keçirir."



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";