17:47, 11 Yanvar 2017 (Çərşənbə) 85

BƏƏ-nin Azərbaycandakı səfirliyində diplomatların ölüm ilə əlaqədar xatirə kitabı açılıb

BƏƏ-nin Azərbaycandakı səfirliyində diplomatların ölüm ilə əlaqədar xatirə kitabı açılıb

Bakı. 11 yanvar. / Əfqanıstanın Qəndəhar şəhərində Birləşmiş Ərəb Əmirliklərinin beş diplomatının terror hücumu nəticəsində ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xarici diplomatlar, Azərbaycanın vəzifəli şəxsləri və ictimai xadimləri başsağlığı vermək üçün səfirliyi ziyarət edir.

Xatirə kitabı səfirlikdə sabah da açıq olacaq.

Eyni zamanda, BƏƏ-də üç günlük matəm elan olunması ilə əlaqədar, bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağı endirlib.

Xatırladaq ki, yanvarın 10-da Qəndəhardakı hotellərin birinin yaxınlığında baş verən partlayış nəticəsində 11 nəfər həlak olub. Ölənlər arasında əyalətin valisi ilə görüşdə iştirak edən BƏƏ-nin 5 diplomatı da olub.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";