14:53, 26 Aprel 2017 (Çərşənbə) 49

BƏƏ-nin hərbçisi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb

BƏƏ-nin hərbçisi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb
/ DÜNYA

Bakı. 26 aprel. / Birləşəmiş Ərəb Əmirliyi (BƏƏ) Silahlı Qüvvələrinin çavuşu Abdulla Məhəmməd İssa əl-Xamdi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu BƏƏ-nin Silahlı Qüvvələr Komandanlığı bildirib.

Məlumata görə, çavuş Abdulla Məhəmməd İssa əl-Xamdi əmirliyə aid sularda döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Hadisə barədə əlavə məlumat yayılmayıb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";