12:39, 27 Aprel 2017 (Cümə axşamı) 55

Bəzi saytların bloklanması ilə bağlı məhkəmə prosesi təxirə salınıb

Bəzi saytların bloklanması ilə bağlı məhkəmə prosesi təxirə salınıb
/ ÖLKƏ

Bakı. 27 aprel / Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytları və "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə prosesdə iddiaçının nümayəndəsinin etibarnaməsi olmadığı məlum olub.

Buna görə iclas mayln 1-dək təxirə salınıb.

Qeyd edik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azadlıq qəzetinin azadlıq.info, Azadlıq raiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";