12:06, 21 Aprel 2017 (Cümə) 108

"Borsa İstanbul" indeksi 4 illik maksimuma çatıb

Bakı. 21 aprel. / Türkiyənin "Borsa İstanbul" fond birjası indeksi dünən 1 235 bənd və ya 1,36% artaraq 92 039 bəndə yüksəlib və son 4 ilin maksimal həddinə çatıb. "Report" "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, "Borsa İstanbul" son dəfə 2013-cü ilin may ayının 22-də bu səviyyədə olub.

"Borsa İstanbul"un son 4 ilin maksimal həddinə çatmasına əsas səbəb bank sektoru səhmlərindəki yüksəliş olub. Xüsusilə, ABŞ-da həbs edilən Türkiyənin lider banklarından biri olan "Halkbank"ın baş direktorunun müavini Mehmet Hakan Atillanın aprelin 24-də məhkəməsindən əvvəl Bankın səhmləri 4% yüksəlib. "Halkbank"la yanaşı "Akbank" və "Garanti Bankası" səhmlərinin qiyməti də 1,5%-ə yaxın artıb. Dünən, aprelin 20-də Türkiyədə dolların məzənnəsi də 1%-ə yaxın geriləyərək 3,63 TRY/USD səviyyəsinə çatıb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";