14:18, 12 Yanvar 2017 (Cümə axşamı) 157

Cəlilabadda ərzaq mağazasından oğurluq olub

Cəlilabadda ərzaq mağazasından oğurluq olub
/ ÖLKƏ

Cəlilabad. 12 yanvar. / Cəlilabad rayonunda ərzaq mağazasından oğurluq olub. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Qüdrət İsmayılov küçəsində yerləşən marketlərdən birində baş verib. 

Belə ki, rayon sakini Fəxrəddin Quliyevə məxsus mağazaya dam örtüyünü sındıraraq daxil olan şəxs və ya şəxslər oradan dəyəri 2 000 manat olan siqaret, danışıq kartları və ərzaq məhsullarını oğurlayıblar. Zərərçəkən F.Quliyev  baş verən hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib. 

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Oğurluq edən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";