UŞAQ / BÖYÜK
Cəsarəti ilə dünyanı dəyişən 5 qız Tarix : 08 İyul 2018, 16:10
Yazar : Qadinkimi.com

1. Ruby Bridges

1960 ildə 6 yaşında olan Ruby, hökümətin verdiyi qərarla o il ağdərililərlə birlikdə oxuyacağı məktəbə gedəcəkdi. Məktəbin qarşısında kütlə Ruby-yə qarşı yığışmışdı. Polis qoruması altında məktəbə daxil oldu.  O gün məktəbə heç kim gəlmədi, heç bir müəllim dərs demək istəmədi. Ailəsi işlərindən çıxarıldı. Buna baxmayaraq, o hər gün məktəbə getməyə davam etdi. Vətəndaş Haqqları Hərəkatının ikonuna çevrildi.

2. Malala Yousafzai

Öyrənməyi sevən Malala, Pakistanın Mingora qəsəbəsində böyüdü. Məktəbdə bir neçə dəfə hücuma məruz qaldı. Məktəb hücumları bağlı BBC-də taxma adla blog yazma başladı. Atası ilə birlikdə təhdidlərə məruz qalsa da, təhsil haqqını müdafiə etməkdən əl çəkmədi. 2012-ci ildə 2 yoldaşı ilə məktəbdən qayıdarkən silahlı hücuma məruz qaldı, boynundən və çiynindən güllə yarası aldı. Bu dünyada bu hücum qınağa məruz qaldı. Hücumdan sonra 2 milyon insandan imza toplandı və məclis Pakistanda məcburi təhsillə bağlı qərar qəbul etdi.

3. Anna Frank

Almaniyada doğulan və Yəhudi bir ailənin qızı olan Anna, faşist rejimi əsnasında Hollandiyaya köçmək məcburiyyətində qaldı. Yaşadığı bütün ağrılara rəğmən xəyallarını və ümidlərini bir gündəliyə yazırdı. 2 il ərzində kiçik çardaqda yaşamağa məcbur oldu. Bir satqın vasitəsilə tutuldu. Yəhudilərin yığıldığı düşərgəyə göndərildi. Anna o vaxt 15 yaşında idi. Ailəsindən ancaq atası sağ qalmışdı. Anna gündəliyini nəşr etməyə qərar verdi. Anna, həyatını itirən uşaqların simvoluna çevrildi.

4. Alexandra Scott

Hələ 1 yaşında olanda xərçəngə tutulur. 4 yaşına gələndə isə evin arxa bağçasında xərçəng araşdırmalarına dəstək üçün limonat satmağa başlayır. Hekayəsindən təsirlənən insanlar limonat sataraq ona dəstək olmağa başladılar. 2004-cü ildə vəfat etdikdə,  1 milyon dollar yığmışdı. Ailəsi onun adına fond quraraq xəstə uşaqlara yardım etdi.

5. Claudette Colvin

Avtobusda bir ağdəriliyə yer verməyərək irqçiliyə qarşı reaksiya verdi. Hələ 15 yaşında idi və avtobusda həbs edildi.