20:06, 14 Aprel 2017 (Cümə) 127

CNN: Kəşfiyyat Trampın komandası ilə Rusiya arasında əlaqələr haqqında “təsadüfən” informasiya əldə edib

CNN: Kəşfiyyat Trampın komandası ilə Rusiya arasında əlaqələr haqqında “təsadüfən” informasiya əldə edib
/ DÜNYA

Bakı. 14 aprel. / Böyük Britaniya və Avropanın başqa dövlətlərinin kəşfiyyat orqanları Donald Trampın seçkiqabağı qərargahı ilə Rusiyanın rəsmi və qeyri-rəsmi şəxsləri arasında əlaqələr haqqında “təsadüfən” iformasiya əldə ediblər.

“Report” “dw”ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Mənbədən bildirilib ki, Böyük Britaniya kəşfiyyatı Donald Tramp komandasının Rusiya əlaqələrini məqsədyönlü şəkildə izləməyib və bununla bağlı məlumatları “təsadüfən” əldə edib.

Ağ ev bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obamanın istəyi ilə Böyük Britaniya kəşfiyyatını Donald Trampı dinlədiyi üçün qınayıb. Bu xəbər sonradan Britaniya hökuməti və adətən öz fəaliyyəti haqqında məlumat verməyən Krallığın Hökumət Əlaqələr Mərkəzi tərəfindən təkzib edilib.

Hazırda ABŞ-ın Federal Təhqiqat Bürosu və Konqresini bir neçə komitəsi ölkə Prezidenti Donald Trampın keçmiş seçki qərargahının Rusiya ilə əlaqələri və prezident seçkisinin nəticəsinə onun təsirini araşdırır. Hələlik bununla bağlı heç bir dəlil-sübut yoxdur. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";