17:15, 19 Aprel 2017 (Çərşənbə) 94

Cocuq Mərcanlıda 4 ədəd tank əleyhinə mina partladıcısı aşkarlanıb

Cocuq Mərcanlıda 4 ədəd tank əleyhinə mina partladıcısı aşkarlanıb

Bakı. 19 aprel. / Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 500 ədəd qəlpə və 4 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 45 702 kv.m ərazi (3 372 kv.m əl, 15 800 kv.m mexaniki üsulla və 26 530 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

Agentlik 61 gün ərzində Cocuq Mərcanlıda 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirib, 28 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 7 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1)), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 66 ədəd tank əleyhinə mina (16 ədəd TM-57 minası və 50 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edərək zərərsizləşdirib, 1 981 062 kv.m ərazi (474 746 kv.m əl, 582 200 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 811 116 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik yanvarın 1-dən aprelin 19-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 8 otlaq sahəsinə, 7 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 5 132 ədəd partlamamış hərbi sursat, 107 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 2 038 376 kv.m ərazi (532 060 kv.m əl, 582 200 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 811 116 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";