12:59, 27 Aprel 2017 (Cümə axşamı) 68

Dik Advokat "Fənərbaxça"dan gedir

Dik Advokat
/ İDMAN
"Fənərbaxça"nın baş məşqçisi Dik Advokat Hollandiya millisinə başçılıq edəcək. 

Sport7.az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb. 

Xəbərə görə, o, 26 martda istefaya göndərilən Danni Blinddən boş qalan posta keçəcək. 

69 yaşlı mütəxəssisə tanınmış veteran futbolçu Ruud Qullit koməklik edəcək. 

Qeyd edək ki, Dik Advokat 2002-04-cü illərdə də Hollandiya millisini çalışdırıb. Onun rəhbərliyi altında yığma Avro-2004-ün yarımfinalına qədər irəliləyib. 

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";