19:09, 21 Aprel 2017 (Cümə) 90

DİN: 6173 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 2428 nəfərdən ibarət 921 qrup zərərsizləşdirilib

DİN: 6173 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 2428 nəfərdən ibarət 921 qrup zərərsizləşdirilib
/ ÖLKƏ

Bakı. 21 aprel. / "Göstərilən müddətdə 6173 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 2428 nəfərdən ibarət 921 qrup zərərsizləşdirilib, axtarışa elan olunmuş 2122 təqsirləndirilən şəxs tutulub".  

"Report"un məlumatına görə, bunu Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov aprelin 21-də Daxili İşlər Nazirliyində "Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyətəleyhinəolancinayətlərin qarşısının alınması və açılması"nın və "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər"in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, mülkiyyət əleyhinə olan hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilib: "Ötən il və cari ilin 3 ayında Nazirliyin "102" xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər, həmçinin "Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları ilə 573 cinayət "isti izlərlə", 367 cinayət avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə açılıb, axtarışda olan 127, oğurlanmış qeydiyyat nişanı ilə idarə edilən 45 avtomobil saxlanılıb. Bu növ cinayətlərin profilaktikasında böyük əhəmiyyət kəsb edən mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində təbliğatın gücləndirilməsi üzrə görülmüş tədbirlərlə 2016-cı ildə 1152 obyekt və 1326 mənzil, cari ilin 3 ayında isə 296 obyekt və 230 mənzil mühafizəyə qəbul olunub, habelə həmin müddətdə obyektlərdən oğurluğa cəhd edən 122 nəfər yaxalanıb. Davamlı surətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq 2016-cı ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz yaxşılaşaraq 74,3 faiz təşkil edib. Bu müsbət təmayül cari ilin birinci rübündə də davam edib və sözügedən cinayətlərin açılması 2,8 faiz yaxşılaşıb". 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";