20:57, 27 Aprel 2017 (Cümə axşamı) 178

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər
/ ÖLKƏ

Bakı. 27 aprel. / Tovuz rayon Polis Şöbəsinin Veteranlar Şurasının üzvləri bu ilin ötən dövründə 8 mənzil oğurluğu, 1 dələduzluq, 10 yol-nəqliyyat hadisəsi, 2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, 2 seksual xarakterli hərəkət törədən şəxlərin müəyyən olunmasında polisə kömək göstəriblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlar həmçinin 10 qəsdən sağlamlığa az ağır xəsarət yetirmə hadisələrini törətmiş şəxlərin müəyyən edilməsində, həmçinin axtarışda olan 5 nəfərin yerinin müəyyən edilməsində, 7 itkin düşmüş şəxsin tapılmasında yaxından kömək ediblər.   



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";