19:07, 19 Aprel 2017 (Çərşənbə) 121

DMX rəisi ABŞ-da bəzi ölkələrdə islamafobiya meyllərinin artmasından narahatlığını açıqlayıb

DMX rəisi ABŞ-da bəzi ölkələrdə islamafobiya meyllərinin artmasından narahatlığını açıqlayıb

Bakı. 19 aprel. / Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Nyu-Yorka səfəri çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinqlə gorüşüb.

Xidmətdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan Hökuməti və BMqT arasında əlaqələrin genişləndirilməsində göstərdiyi xidmətlərə görə qurumun baş direktoru Uilyam Leysi Svinqin “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edildiyi diqqətə çatdırılıb və medal direktora təqdim olunub.

U.L.Svinq Dövlət Azərbaycan dövlətinin multikultural dəyərlərə önəm verən tolerant ölkə kimi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.

Görüşdə miqrasiya ilə bağlı davamlı inkişaf hədəfləri, o cümlədən miqrasiya proseslərinə dövlətin və cəmiyyətin yanaşması, eləcə də təhlükəli vəziyyətdə olan miqrantların müdafiəsi üzrə miqrasiya idarəetməsinin gücləndirilməsi, əmək miqrasiyasının asanlaşdırılması, beynəlxalq standartlara uyğun qayıdış və reinteqrasiyanın təşkili, həmçinin təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın sadələşdirilməsi üzrə əməkdaşlıq və icra mexanizmləri kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

BMqT baş direktorunun rəsmi dəvəti əsasında Nyu-Yorkda “2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda tədbirdə iştirak edən Xidmət rəisi çıxışında miqrantları qəbul edən bəzi ölkələrdə islamafobiya meyllərinin artması və islam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı dərin narahatlıq ifadə edib. Vurğulayıb ki, bu günə qədər Azərbaycanda miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb.

F.Nəbiyev Azərbaycanın bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığa həmişə açıq olduğunu xüsusi vurğulayıb.

Xatırladaq ki, Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətlər tərəfindən 2016-cı il sentyabrın 19-da qəbul olunan “Qaçqınlar və miqrantlar üçün Nyu-York Bəyannaməsi”nin II Əlavəsində 2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal razılığın qəbul olunması məqsəd kimi qarşıya qoyulmuş və bu məqsədə çatmaq üçün BMqT-nin əsas siyasi forumu olan Miqrasiya üçün Beynəlxalq Dialoq çərçivəsində müzakirələrin aparılması qərara alınıb. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";