13:02, 31 Mart 2017 (Cümə) 150

Kamal Abdullayev: “Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilib”

Kamal Abdullayev: “Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilib”
/ ÖLKƏ
David

Tbilisi. 31 mart. / Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev martın 31-də Gürcüstanda İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professor, müəllim və tələbələri ilə görüşüb.

Ali təhsil müəssisəsinin müəllimi, Beynəlxalq Psixolinqvistika Cəmiyyətinin sədri, professor David Qoçolidze müasir dünyada baş verən dini, sosial və siyasi cərəyanlar, mövcud problemlər və onların həllində bir sıra konsepsiyaların, o cümlədən multikulturalizmin rolundan danışıb.

Sonra Kamal Abdullayev Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb, 2016-cı ilin Azərbaycanda multikulturalizm ili olduğunu xüsusi qeyd edib.

Dövlət müşaviri bildirib ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, fərqli etnik qruplar və xalqlar dostluq və qardaşlıq mühitində yaşayıblar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilib.

Bildirilib ki, hazırda Azərbaycanın bir neçə universitetində multikulturalizm tədris olunur. Almaniya, İtaliya, Litva, Belarus, Rusiya və Bolqarıstan və daha bir neçə ölkənin də nüfuzlu ali təhsil ocaqlarında multikulturalizmin tədrisinə xüsusi diqqət yetirilir. Qonşu Gürcüstanda da bu fənnin tədrisi yeni nəslin dünyaya baxışının formalaşmasında, eləcə də ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Sonra müəllim və tələbələrin sualları cavablandırılıb.

Kamal Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstan tərəfinin də bu konsepsiyaya maraq göstərməsi çox yaxşı haldır: "Multikulturalizm təkcə insanların mədəni inkişafında, milli azlıqların problemlərinin həllində deyil, dövlətlərarası əlaqələrin inkişafında, şəffaflığın təmin olunmasında da mühüm rol oynayır. Bu gün həm də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Belə bir gündə Gürcüstanın ən nüfuzlu ali təhsil ocaqlarının birində multikulturalizmlə bağlı çıxış etmək, buradan Azərbaycanın necə mədəni dəyərlərə malik olduğunu dünyaya çatdırmaq çox vacibdir və inanıram ki, bunun çox böyük təsirləri olacaq”.

Professor David Qoçolidze jurnalistlərə deyib ki, multikulturalizm bütün dünyanı maraqlandıran konsepsiyalardan biridir: "Bu gün Azərbaycan multikulturalizm sahəsində böyük işlər görüb. Düşünürəm ki, bu konsepsiyadan Gürcüstanda da istifadə etməliyik. Biz azərbaycanlı alim və mənim yaxın dostum Kamal Abdullayevə müraciət etdik və Azərbaycan tərəfi müraciətimizə müsbət cavab verdi. İnanıram ki, gürcü və azərbaycanlı tələbələr bu konsepsiyanı öyrənəcək və təbliğ edəcəklər”.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";