19:04, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 1421

Dollar 1.89-a manat oldu - Azərbaycanda

Dollar 1.89-a manat oldu -   Azərbaycanda
 
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) texniki səbəblərə görə, hərracın təxirə salınması bazarda müxtəlif şayiələrin yaranmasına səbəb olub.

Artıq insanlar AMB-nin hərraca 300 milyon dollar çıxartdığını və sabahdan 4%-lik marjanın ləğv olunduğundan danışırlar.

Şayiələrin təsiri ilə "qara bazar”da qiymətlər düşüb. Artıq "qara bazar”da dolların 1,88 manata alındığı və 1,8950 manata satıldığı bildirilir. (marja)

365.az