21:40, 11 Yanvar 2017 (Çərşənbə) 101

Donald Tramp biznesi üzərində nəzarəti iki oğluna həvalə edib

Donald Tramp biznesi üzərində nəzarəti iki oğluna həvalə edib
/ DÜNYA

Bakı. 11 yanvar. / ABŞ-ın seçilmiş prezidenti Donald Tramp mətbuat konfransı zamanı biznesi üzərində nəzarəti iki oğluna - kiçik Donald və Erikə həvalə etdiyini bildirib.

"Report" xəbər verir ki, o bunu maraqların toqquşmasından yayınmaq üçün etdiyini deyib.

"Don və Erik bizneslə məşğul olacaq. Onlar kömək üçün mənə müraciət etmək niyyətində deyillər", - deyə Tramp əlavə edib.