BİLİM / DİN
Dua etdiyimiz zaman buraxdığımız səhvlər Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

DUA NƏDİR? 

Duanın ədəbi, ərkanı varmı? Dua edəndə nələrə fikir verməliyik? Hansı dualar daha məqbuldur?

Dua, ruhun qidası, qəlbin nuru, ibadətlərin mayasıdı, özüdü. Dua ümid və rahatlıq mənbəyidi. Bütün pislikləri, mənfi enerjiləri uzaqlaşdıran, yaşam sevgisini dirildən bir rəhmətdi. Bizləri gəlmiş və gələcək bütün bəlalardan bir qalxan tək qoruyar.

DUA ETDİYİMİZ ZAMAN BURAXDIĞIMIZ SƏHVLƏR

Sizcə bir ana üçün ən gözəl dua “Rəbbim sənə övlad acısı göstərməsin!. deməkdi?.” Yox...Yanlış bir dua şəklidi bu, əzbərə, düşünmədən etdiyimiz bir çox dualar kimi bu da düzgün deyil.

Ağzımızdan çıxan hər söz kosmosa, göy üzünə verilən bir enerjidir və bizə artıqlamasıyla geri qayıdar. Yanlış dualarla bilmədən fəlakətləri üstümüzə çəkmiş, çağırmış oluruq, lütfən daha diqqətli olaq. Burda verdiyimiz enerji yaradan söz ''övlad acısı'' sözüdü. Doğru olan isə “Rəbbim övladlarının həmişə xeyirli, gözəl günlərini göstərsin!.'' şəklində olandı.

Bu səhvləri çox edirik, təzə maşın alan bir yaxınımıza ''qəzasız bəlasız..'' sürməsi üçün dua edirik. Amma göndərdiyimiz sözlər ''qəza, bəla'' kəlmələridi. Onun yerinə ''Allah xeyirlə, sağlıqla, mutluluqla sürməyi nəsib etsin'' desək bu gerçək bir dua olar.

''Allah kimsəyə möhtac etməsin!.'' şəklində dualar da eşidirik tez-tez, ama bu da düzgün deyil. Halbuki, onun əvəzinə ''Allahım, bolluq içində yaşamağı nəsib et, ehtiyacı olanlara yardım etmə imkanı ver!.'' desək nə gözəl bir dua olar.. Sosial şəbəkələrdə də tez tez görürük uşaqlarıyla, ailəsiylə, dostlarıyla bir şəkil paylaşanda altına həmən ''Allah ayırmasın, Allah pozmasın, Allah çox görməsin!.'' kimi kommentlər yazırlar. Allah pozmaz, Allah ayırmaz ki.. “Allah bərabərliyinizi, birlikdəliyinizi, xoşbəxtliyinizi daim etsin!.” demək sizcə də çox daha gözəl və doğru deyilmi?

Dua enerjisi çox təsirlidi, çox güclüdü və buna görə də düzgün edilməsi çox vacibdi.

Ya sözləri düzgün seçməliyik ya da hamısının yerinə istədiyimiz hər şeyin artıq olmuş bitmiş kimi Şükür və Həmd olsun deməliyik.

“Maddi mənəvi bərəkətlər, rizqlər üçün şükürlər olsun, həyatım gözəlliklərlə doludu..” kimi cümlələri söyləyib arxasından şükredin... Ən böyük və ən güclü dua şükürdü çünki...

Mahatma Qandinin də dediyi kimi:

Söylədiklərinizə diqqət edin; düşüncələrinizə çevrilər. Düşüncələrinizə diqqət edin; duyğularınıza çevrilər. Duyğularınıza diqqət edin; davranışlarınıza çevrilər. Davranışlarınıza diqqət edin; alışqanlıqlarınıza çevrilər. Alışqanlıqlarınıza diqqət edin, dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin; xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin; taleyinizə çevrilər.

BƏS NƏDİR BU NİYYƏT?

Bir şeyi etmədən öncə bunu zehnimizdə planlamağımız və həyata keçirmə istəyimizdi NİYYƏT... Niyyətimizi sözə çevirərək ifadə etməyimiz isə onları daha da gücləndirir. Niyyət çox önəmlidi. Niyyətimizi bildirməliyik ki, enerjimiz doğru istiqamətə yönəlsin. Bizim gostərdiyimiz niyyət istiqamətində cazibə qanunu hərəkətə keçir və məhz niyyət vasitəsilə istədiklərimizi həyatımıza çəkə bilərik. Bunu enerjinin düşüncələri izləməsi olaraq düşünün. Bir niyyəti ortaya qoyuruqsa ətraflı olaraq bütün detallarına diqqət etməmiz gərək. Çünki, Yaradana "İstədiyim şey budu" deyirik və nə istədiyinizi dəqiq ifadə etməliyik. Bu zaman belə bir sual yarana bilər ki, “Yaradan mənim nə istədiyimi bilmirmi?” Əlbəttə bilir, lakin bunu diləməyimizi də istəyir. Əks təqdirdə DUA sistemini qurmazdı. Lakin siz “Mənim üçün ən yaxşısı, ən xeyirlisi....” dediyinizdə istədikləriniz başqa formada da gələ bilir. Çünki O sizin üçün nəyin yaxşı, nəyin xeyirli olduğunu bilir.

Hər şeydən əvvəl, düşüncə tərzinizi dəyişdirməlisiniz, çünki içinizdə baş verən inanca görə Kuantum kosmosa enerji yayır və yayılan bu düşüncələr də həyatınıza mütləq qayıdır. Nəticə istədiyiniz kimi olmursa bu niyyətinizin gerçəkləşməsinə mane olan daha basqın bir inanc daşıdığınızı göstərir. İstəklərimiz olmursa bəlkə biz istəməyi bilmirik? Heç belə düşündünüzmü? Tutaq ki, maşın almaq istəyirsiz bunun üçün niyyət edirsiz amma içinizdən də "o qədər pulum yoxdu ki, necə olacaq o iş?" dediyinizdə bu niyyətinizi fərqində olmadan təxirə salmış olursuz. Və ya ev almaq istəyirsiz bədbin bir anınızda üsyan edərkən “Hardadı məndə o bəxt, o qədər pul” dediyimiz zaman kainata mənfi Kuantum əks etdirmiş olursuz. Bir şeyin baş verəcəyinə şübhə etdiyiniz zaman, bunun baş verməmə ehtimalını da vurğulamış olursuz. Nəticə etibarı ilə inanclarınız daha dominant, daha basqın olur. İnanclarımız şüuraltı düşüncə kodlarımızdı.Buna görə də inancımız tam olmalıdı. Geri qalanını, necə, nə cür olacağını qətiyyən düşünməməliyik, o bir şəkildə yol tapıb bizə gələcək. Niyyət etdikdən sonra “olacaqmı, olmayacaqmı” deyə ən kiçik şübhə və ya narahatlıq duymamaq gərək. Narahatlıq qorxu deməkdi. Qorxu isə qaranlıq enerjidi. Qısacası duyduğunuz şübhə sizi qaranlıq, mənfi enerji olaraq gələr.

NECƏ DUA ETMƏLİYİK?

Richard F. Ames istəklərimizə çata bilmək və DÜZGÜN DUA etməyin formulunu belə açıqlayır.

  • DİQQƏTİN YAYINMAMASI

Fikrinizin cəmliyi enerji sahəsinə diqqət yetirməyə kömək edir. Kvant fizikasında (Latınca: Quantum Physics) buna Heisenberg prinsipi deyilir. Diqqətlə müşahidə olunduqda təsadüfi hissəciklərin mütəmadi olaraq hərəkət etdiyini görürük. Fikriniz nə qədər dəqiq olsa enerji sahəsi bizə daha tez təsir edər. Duadan əvvəl həqiqətən nə istədiyinizi müəyyənləşdirin və fikrinizi nəticəyə yönəldin.

  • NİYYƏT

Niyə bu nəticəni istədiyinizi özünüzdən soruşun. Ən böyük istəyiniz nədi? Və bu istəyinizin səbəbi nədi? Niyə bunu istəyirsiz? Ən dərin qatlara qədər incələyin, sonra o ən qatdakı səbəbə yönəlin.  Misal üçün, yeni bir ünsiyyət, münasibət qurmaq istəyirsiz, amma niyyətimiz sevilməkdi. O zaman əvvəlcə özümüzü sevməyi öyrənməliyik, bunun üçün dua etməliyik.

  • SƏSSİZLİK

İstənilən ünsiyyətdə səssizlik çox vacibdi. Bu dəyərləndirmək və anlamlı nəticələr əldə etməyimizə imkan verir. Dua da da eynən belədi. Dua Yaradanla ünsiyyətdi. Sükut zamanı çox qiymətli düşüncələr meydana çıxır.

  • DİNLƏMƏK

Dua edərkən dinləmək də çox önəmlidi. Bəzən qorxularımız, istəklərimiz, şikayətlərimiz ağzımızdan istəmsizcə çıxa biilr. Lakin sakitcə dinləyəndə, daxili təlimatımızdan heç ağlımıza gəlməyən həll yolları gələ bilir.

  • TƏSLİM OLMA

Bir uşaq qırılmış oyuncağını ana atasına gətirəndə, onların bu problemi həll edəcəyinə sonsuz inanc hissi duyar. Dua da buna bənzəyir. Allahla olan ünsiyyətdə nəticə ilə bağlı heç bir şübhə, tərəddüd olmamalıdı. Uşaq əminliyi ilə hər şeyi ona buraxmalı, təslim olmalıyıq. Əlimizdən gələni edib sonrası üçün ona güvənməli və hər şeyin düzələcəyinə inanmalıyıq.

  • ŞÜKR ETMƏK

Minnətdarlıq duyğusunun gücü inanılmazdı. Problemə yox nəticəyə yönəlməyimizə imkan yaradır. Zehnimizdəki mövzunun özəyi bizdə olduğuna görə şükr etmək yerinə niyə diqqətimizi problemə yönəldək ki? Elmi tədqiqatlar da sübut edib ki, şükr etməklə bütün gərginliyiniz, stresiniz azalar, hüzurla dolarsız.

  • AYIQ OLMA

Babam bizim adətən yanlış dua etdiyimizi, lakin Yaradanın bizim üçün doğru olanı göndərdiyini deyərdi. Misal üçün maddi çətinliyiniz var və bunun üçün maaşınızın artımını gözləyirsiz. Lakin çıxış yolu bizə yepyeni bir iş və ya kreditinizin ödəniş planının dəyişməsi olaraq gələ bilər. Duanızı bitirdikdən sonra ayıq olun, gözünüzü yaxşı-yaxşı açın və ətrafınızı diqqətlicə nəzərdən keçirin. Çünki cavablar gözlədiyinizdən daha fərqli yerlərdə və formalarda ola bilər.