22:46, 26 Aprel 2017 (Çərşənbə) 77

Dünya liderlərinin yaşadığı möhtəşəm iqamətgahlar - FOTOLAR

Dünya liderlərinin yaşadığı möhtəşəm iqamətgahlar -  FOTOLAR
/ DÜNYA

Bir çoxlarının ABŞ prezidentinin iqamətgahı olan Ağ ev barədə məlumatı var. Dünya liderləri nüfuzlarına uyğun olaraq təmtəraqlı saraylarda, malikanələrdə yaşayır. Bu saraylar hər cür şəraitlə təchiz edilib: helikopter meydançasından tutmuş, qiymətsiz sənət əsərlərinə qədər.

Sizə həmin iqamətgahların görüntülərini təqdim edirik:

Braziliyanın bütün prezidentləri “Alvorada” (Şəfəq) adlı iqamətgahda yaşayır. Bu ənənə 1956-cı ildən başlayıb. Modern üslublu bu tikilinin böyük hovuzu sarayı bəzəyən Alfredo Çeskyattinin müəllifi olduğu heykəlləri əks etdirir.

Binanın ikinci mərtəbəsində prezidentin və onun ailə üzvlərinin qaldığı otaqlar yerləşir. Birinci mərtəbədə isə nəhəng qonaq otağı, konfrans zalı, mətbəx və digər xidmət otaqları yerləşir.

Parisdə məşhur Yelisey çölləri yaxınlığında Yelisey sarayı yerləşir. Bu saray XIX əsrdən etibarən Fransa Respublikasının prezidentlərinin iqamətgahıdır. Fransua Olland 2012-ci ildən bəri bu sarayda yaşayır.

1722-ci ildə tikilmiş saray klassik üslubdadır. Fransa prezidentlərinin andiçmə mərasiminin keçirildiyi Salle des Fêtes zalı başdan-başa qızıl suyu ilə işlənmişdir. Bu zal həmçinin konfranslar və banketlər üçün rəsmi yerdir.

Salon Doré adlandırılan prezidentin kabinetində masa, oturacaqlar, qapılar qızıl suyu ilə işləndiyindən “Qızıl otaq” da adlanır.

Tokionun mərkəzində, geniş parkın ortasında qayalıqlarla əhatəli İmperator sarayı yerləşir. Burada yapon imperatoru Akixito və onun ailəsi yaşayır.

Dünyada ən məşhur prezident iqamətgahı isə Vaşinqtondakı Ağ evdir. İqamətgahın ən məşhur otağı isə Oval kabinetdir. Burada prezident Tramp diplomatlarla, yüksək vəzifəli rəsmi şəxslərlə (üzlərlə) və ştatların qubernatorlarıyla görüşür.

Vyetnamın paytaxtı Hanoyda prezident sarayı 1906-cı ildə Hind-Çinin fransız general qubernatoru tərəfindən tikilmişdir. Hazırda bu saray yalnız rəsmi qəbullar üçün istifadə edilir.

Karp gölüylə mühasirəyə alınmış saray fransız memarlığı üslubunda tikilib və Avropasayağı görünüşü var.

Böyük Britaniyanın hazırki kraliçası II Yelizaveta 1837-ci ildən bəri Britaniya monarxlarına xidmət edən Bukingem sarayında yaşayır.

Saray 775 otaqdan ibarətdir, burada 52 kral yataq otağı, personal üçün 188 otaq, 92 kabinet və 78 hamam otağı var.

Britaniyanın baş naziri isə Londonda,Dauninq-street 10 ünvanında yaşayır. Hazırda bu vəzifəni xanım Tereza Mey icra edir. O, bu binada həyat yoldaşı Filipplə yaşayır.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ağ Sarayda yaşayır. 2014-cü ildə tikilən Sarayın inşasına 615 milyon dollara başa gəlib. sarayda 1100-dən çox otaq var. Bu isə həm Versaldan, həm də Ağ evdəki otaqların sayından çoxdur.

Berlinin mərkəzində neoklassik üslubda tikilən Belvyu sarayı 1994-cü ildən bəri Almaniya prezidentlərinin iqamətgahıdır. 1785-ci ildə tikilən bu saray Böyük Fridrixin kiçik qardaşı üçün tikilmişdi. Müasir günümüzdə sarayda Almaniya prezidenti Frank Valter Ştaynmayer yaşayır.

Romadakı Kvirinal sarayı İtalyan Respublikasının prezidentinin üç iqamətgahından biridir. Bu saray 30 Roma papası, 4 italyan kralı və 10 prezidentə xidmət edib.

İtaliyanın hazırki prezidenti Sercio Mattarella XVI əsrdə tikilmiş bu sarayı ilk dəfə olaraq ictimaiyyət üçün açıq elan edib. Mütəmadi olaraq sarayda sərgilər təşkil olunur.(aznews.az)

Qaynar.Az

(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";