14:36, 27 Aprel 2017 (Cümə axşamı) 116

Dünyanın ən güclü 10 ordusu - FOTOLAR

Dünyanın ən güclü 10 ordusu  - FOTOLAR
/ DÜNYA
Müharibə etmək üçün ən doğru yol böyük orduya sahib olmaqdır. Rusiya mətbuatı dünyanın ən güclü ordusuna sahib olan ölkələrin siyahısını tərbiq edib.
"Qaynar" həmin siyahını təqdim edir:
ABŞ
Büdcəsi: 601 milyard dollar
İnsan resursları: 145 milyon
Zirehli texnika: 8848
Hava qüvvələri: 13892
Sualtı gəmi: 72
ABŞ davamlı şəkildə hərbi xərcləri azaltdığını söyləsə də yenə də ən çox xərcləyən ölkədir. 10 təyyarə daşıyan gəmiyə sahibdir. ABŞ dünyada ən böyük donanmaya, qabaqcıl texnologiyaya, yaxşı təlim keçmiş əsgərlərə və ən böyük nüvə arsenalına sahibdir.
Rusiya
Büdcəsi: 84,5 milyard dollar
İnsan resursları: 69,1 milyon
Zirehli texnika: 15398
Hava qüvvələri: 3429
Sualtı gəmi: 55
Rusiya dünyanın ən güclü orduları sırasında 2-ci yerdədir. Lakin zirehli texnika sayına görə 1-ci, donanmasına görə 2-ci sualtı gəmisinə görə 3-cü pillədə qərarlaşıb. Rusiya 2008-ci ildə bu yana hərbi xərclərini 3 dəfə artırıb və növbəti 3 il ərzində də 44 faiz artıracağı gözlənilir.
Çin
Büdcəsi: 216 milyard dollar
İnsan resursları: 749 milyon
Zirehli texnika: 9150
Hava qüvvələri: 2869
Sualtı gəmi: 67
Çin ordusu son on il ərzində həm kəmiyyət, həm də keyfiyyət baxımından daha da güclənib. Ballistik raketlərə, həmçinin 5-ci nəsil təyyarələrə sahibdir.
Yaponiya
Büdcəsi: 41,6 milyard dollar
İnsan resursları: 53 milyon 600 min
Zirehli texnika: 678
Hava qüvvələri: 1613
Sualtı gəmi: 16
Yaponiyanın ordusu nisbətən balaca olsa da 4 ədəd təyyarə daşıyan gəmiyə sahibdir. Ölkə həmçinin Şimali Koreya ilə torpaq anlaşmazlığı səbəbindən müdafiə xərclərini artıracağını da açıqlayıb.
Hindistan
Büdcəsi: 50 milyard dollar
İnsan resursları: 615 milyon
Zirehli texnika: 6464
Hava qüvvələri: 1905
Sualtı gəmi: 15
Hindistan da dünyada ən güclü ordusuna sahib ölkələrindəndir. İnsan resursuna görə dünyanın 2-ci ən böyük ordusuna sahibdir. Həmçinin nüvə silahına da sahibdir.
Fransa
Büdcəsi: 43 milyard dollar
İnsan resursları: 28 milyon 800 min
Zirehli texnika: 423
Hava qüvvələri: 1264
Sualtı gəmi: 10
Fransız ordusu əsgərlərinini professionallığı ilə dünyada seçilən ordulardandır. Ölkə yeni təyyarə daşıyan gəmiyə sahibdir. Fransa ordusu tez-tez Afrikada əməliyyatlar keçirir.
Cənubi Koreya
Büdcəsi: 62,3 milyard dollar
İnsan resursları: 25 milyon 600 min
Zirehli texnika: 2381
Hava: 1412
Sualtı gəmi: 13
Şimali Koreya ilə daim münasibətlərin pozulma qorxusu ölkənin böyük orduya sahib olması üçün əsas səbəblərdən biridir. Ölkənin çoxlu sayda tankları və hava qüvvələri var. Cənubi Koreya hava qüvvələrinin sayına görə dünyanın 6-cı ən böyük ordusudur.
İtaliya
Büdcəsi: 34 milyard dollar
İnsan resursları: 3 milyon 200 min
Zirehli texnika: 586
Hava: 760
Sualtı gəmi: 6
İtaliya ordusunun hərbi gücünün kifayət qədər olduğu təxmin edilir. Ordu əsasən 2 aktiv təyyarə daşıyan gəmiyə sahibdir.
Böyük Britaniya
Büdcəsi: 60,5 milyard dollar
İnsan sayı: 29 milyon 200 min
Zirehli texnika: 407
Hava: 936
Sualtı gəmi: 10
Birləşmiş Krallıq 2010-2018-ci illərdə silahlı qüvvələri azaltmağı planlaşdırsa da, hələ də dünyanın ən güclü orduılarından birinə sahibdir. Ölkə 2020-ci ildə kral donanmasını istismara verəcəyini açıqlayıbş. Qeyd edək ki, donanmada 2 hektar böyüklüyündə platformaya sahib olan təyyarə daşıyan gəmi də var.
Türkiyə
Büdcəsi: 18,2 milyard dollar
İnsan sayı: 41 milyon 600 min
Zirehli texnika: 3778
Hava: 1020
Sualtı gəmi: 13
Türkiyə Aralıq dənizinin şərqində bölgənin ən böyük orduya sahib olan ölkələrindən biridir. Təyyarə daşıyan gəmisi olmasa da, "Credit Suisse" araşdırma şirkətinin məlumatına görə, dünyanın ən çox sualtı gəmisinə sahib olan ölkələr içərisində 6-cı yerdədir.
Qaynar.Az
(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";