17:48, 26 Aprel 2017 (Çərşənbə) 54

Ədliyyə naziri Goranboyda vətəndaşları qəbul edib

Ədliyyə naziri Goranboyda vətəndaşları qəbul edib

Bakı. 26 aprel. / Ədliyyə naziri Fikrət Məmmədov Goranboy rayonu Heydər Əliyev Mərkəzində Goranboy və Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir qəbulda hər bir vətəndaşı diqqətlə dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri Goranboy və bu rayonda yerləşən Xocalı rayon məhkəmələri və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

F.Məmmədov məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı Prezident İlham Əliyevin tələblərini diqqətə çatdıraraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyini vurğulayıb. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";