23:30, 20 Aprel 2017 (Cümə axşamı) 92

Əhmədinejad İran prezidenti seçkilərində iştiraka buraxılmayıb

Əhmədinejad İran prezidenti seçkilərində iştiraka buraxılmayıb
/ DÜNYA

Bakı. 20 aprel. / Mahmud Əhmədinejad İranda keçiriləcək prezident seçkilərində iştiraka buraxılmayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İranın Daxili İşlər Nazirliyinin Seçkilərin keçirilməsi üzrə Qərargahının açıqladığı siyahıya əsasən, mayın 19-da dövlət başçısı postu uğrunda keçiriləcək seçkilərdə cəmi altı namizəd mübarizə aparacaq:

Mustafa Ağa Mirsəlim, İshaq Cahangiri, Həsən Ruhani, İbrahim Raisi, Məhəmməd Baqir Qalibaf və Mustafa Haşimi Taba.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";