15:38, 26 Aprel 2017 (Çərşənbə) 64

Ekspert: "Metsamor" AES-in fəaliyyəti təkcə Azərbaycan yox, bütün region üçün təhlükədir" - RƏY

Ekspert:

Bakı. 26 aprel. / Bu gün Ermənistan hakimiyyəti "qisas silahı" kimi istifadə edəcək atom bombalarının mövcudluğunu bəyan edərək açıq-aydın Azərbaycanı təhdid edir.

Bu barədə "Report"a azərbaycanlı ekspert Tofiq Abbasov Ermənistandakı "Metsamor" AES-də Çernobıl faciəsinin mümkün təkrarlanması məsələsini şərh edərkən bildirib.

"Metsamor" AES-in arxaik olduğunu nəzərə alsaq, orada Çernobıl faciəsinin təkrarlanmayacağını istisna etmək olmaz. Məsələ ondadr ki, həm "Çernobıl", həm də "Metsamor" AES sovet vaxtı xüsusi rejimdə istifadəyə verilib və onların hər ikisinə görə məsuliyyəti "Rosatom" daşıyır.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bu gün ictimai rəy ilə yalnız ölkə daxilində yox, həm də "çirkli bombalar"ının mövcudluğunu bildirməklə ölkə xaricində manipulyasiya edir: "Bunun çox güman, "Metsamor" AES-in fəaliyyətini bərpa etmək məqsədi daşıdığını görürük. Hərçənd rəsmi Yerevan Azərbaycan və Türkiyənin blokadası səbəbilə enerji təchizatında böyük çətinliklər yaşadığını, buna görə də vaxtikən texnoloji məsələlər səbəbindən bağlanan stansiyanı yenidən istifadəyə vermək məcburiyyətində qaldığını bəyan edib".

T.Abbasov həmçinin Ermənistan tərəfinin Azərbaycan ordusundan sarsıdıcı zərbə aldığı 2016-cı ilin aprel hadisələrini xatırladaraq, keçmiş erməni baş nazir Qrant Baqratyanın parlamentdə çıxışı zamanı Ermənistan tərəfinin atom bombasına malik olduğunu və lazim gələcəyi təqdirdə ondan Azərbaycana qarşı istifadə ediləcəyini bildirdiyinə diqqət çəkib.

"Burada tamamilə qeyri-adekvat düşüncə tərzi, atom satnsiyasını güc-bəla ilə bərpa edən ölkənin elitasının naəlac vəziyyətini görürük. İndi ermənilər dünya ictimaiyyətini onlarda "qisas" silahının olması faktı ilə təhdid edir, bu silahdan Azərbaycana qarşı istifadə edilə biləcəyinə işarə edir", - ekspert bildirib.

Onun sözlərinə görə, AES yuxarıda göstərilən təhdidlərlə yanaşı, təkcə Ermənistanın özünün yox, həm də qonşu ölkələrin - Türkiyə, İran, Azərbaycan, Gürcüstanın ekologiyasını təhdid altında qoyur.

"Metsamor" AES ətrafındakı heç də xoş olmayan, qeyri-müəyyən vəziyyət gündəmə xeyli suallar çıxarır. Bu, aktual və heç də ritorik olmayan məsələdir. Çünki belə texnologiyalarla zarafat etmirlər", - politoloq fikrini yekunlaşdırıb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";