13:51, 19 May 2016 (Cümə axşamı) 445

Ekspertdən manat və dollarla bağlı bədbin PROQNOZ

Ekspertdən manat və dollarla bağlı bədbin   PROQNOZ
 
"Dolların dünyada digər valyutalara nisbətən bahalaşması baş verəcək. Qonşu ölkələrdə artıq bu prosses sürətlənib. Türkiyədə həm daxili siyasi vəziyyətə görə, həm də FES protokollarına görə lirə xeyli dərəcədə dəyərini itirib. Rusiyada da proses başlayıb. Dünəndən rublun dəyərini itirməsini müşahidə edirik. Qazaxıstanda da təngə ucuzlaşır. Qonşu ölkələrdə bu proses gedirsə, təbii ki, Azərbaycana təsirsiz ötüşə bilməz. FES-in qərarından sonra dünyada dolların bahalaşması Azərbaycan manatına da öz təsirini göstərəcək".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli FES-in iyun ayında dolların uçot dərəcəsini artıracağı təqdirdə manatın dollar qarşısında necə dayanıqlıq göstərcəyinə münasibət bildirərkən deyib.

Natiq Cəfərlinin sözlərinə görə, FES-in bəyənatları iki gündür dünyada əsas müzakirə mövzusudur: "Görünən budur ki, FES-in regional başqanları öz çıxışlarında iyun ayında faizin artırılmasına gedilməsinin vacibliyini vurğulayıblar. Bu həm də Amerikada iqtisadi vəziyyətin yaxşılaşması ilə əlaqədardır. FES öz ciddiliyini qorumaq və bazara təsir mexanizmlərini saxlamaq istəyirsə, bu addımı atmalıdır ki, gözləntilərə cavab versin. İyunda FES-in növbəti toplantısında uçot dərəcəsinin 0.25 faiz artması gündəmə gələcək. FES bu addımı atsa, dünya üzrə dollar indeksi yüksələcək. Ancaq inanmıram ki, kəskin devalvasiya olsun". 


Ekspertin fikrincə, Azərbaycanda kəskin devalvasiyaya getməyə lüzum yoxdur: "Hökümət və Mərkəzi Bank da anlayır ki, iki dəfə kəskin devalvasiya Azərbaycan iqtisadiyyatına o qədər böyük zərbə vurub ki, hələ də özünə gələ bilmir. Makroiqtisadi göstəricilər xeyli zəifləyib. Hətta ümumdaxili məhsulun azalmasına görə Azərbaycan dünyada lider ölkələrdən birinə çevrilib. Bu ilin ilk 4 ayında ümumdaxili məhsulumuz 4.5 faiz azalıb. Bunu nəzərə alaraq kəskin devalvasiyanın olması ehtimalı çox aşağıdır. Amma manatın məzənnəzində aşağı hədd 1.5 və yuxarı həddi 1.65 olmaqla bir koridor yaranıb. Çox güman ki, koridorun yuxarı həddinə doğru dəyişiliklər olacaq. Manatın 1.6-dan yuxarı həddini görə biləcəyik. Kəskin devalvasiya ehtimalı aşağıdır. Çünki neftin qiymətində yüksəliş var. Bu da Azərbaycan manatına dəstək göstərir". 

Natiq Cəfərli bildirib ki, yaxın zamanlar üçün 1.65 gözlənilir: "FES noyabr ayında da növbəti addımı ata bilər. Bununla da bağlı protokolda qeydlər var. Bu baş versə, yay aylarından sonra növbət koridor 1.7-1.8 dərəcəsini də görə bilər. Həm də bu neft qiymətlərindən asılı olacaq. Ehtimal var ki, payız aylarında neft yenidən aşağı düşsün. Günlük problemlər - Kanada da meşə yanğınları, Nigeryada partlayışlar neftin qiymətini yüksəlməsinə səbəb oldu. Bu problemlər aradan qaldırılandan sonra neftin qiyməti yenidən düşəcək. Bunula yanaşı FES yenidən faiz dərəcəsini artırsa, koridor 1.80-i ötə bilər".

Qafqaz Rafiqoğlu
365.az
 


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";