19:26, 20 Aprel 2017 (Cümə axşamı) 32

Ərdoğan ABŞ prezidenti ilə görüşəcəyi tarixi açıqlayıb

Ərdoğan ABŞ prezidenti ilə görüşəcəyi tarixi açıqlayıb
/ DÜNYA

Bakı. 20 aprel. / "ABŞ prezidenti Donald Trampla mayın 16-17-də görüşəcəyəm". 

"Report" NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Qeyd edək ki, Türkiyə prezidenti ABŞ-a səfərinin Ramazan ayından və mayın 24-25-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısından əvvəl gerçəkləşəcəyini söyləmişdi. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədəki, xüsusilə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";