14:09, 04 Avqust 2016 (Cümə axşamı) 215

Futbolçunun qulağı kəsildi

Futbolçunun qulağı kəsildi
/ İDMAN
Fransanın "Bordo" klubunun yeni transferi Ceremi Menez ciddi zədə alıb.

Sport7.az xəbər verir ki, "Lorient"lə keçirilən yoxlama matçında futbolçunun qulağı kəsilib. Belə ki, ikinci hissənin ortalarında futbolçu ikili mübarizə zamanı yerə yıxılıb. Bu zaman isə rəqib komandanın üzvü Didier Ndonq bilməyərək ayağını Menezin qulaq nahiyəsinə basıb.

Qorxunc zədə alan 29 yaşlı oyunçu matça davam edə bilməyib. 77-ci dəqiqədə oyundan alınan fransalı əməliyyat olunacaq.

Maraq üçün bildirək ki, Menez bunadək "Soşo", "Monako", PSJ, "Roma", "Milan" kimi klubların şərəfini qoruyub.