SEVGİ
Eynşteynin qızına yazdığı məktub Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Eynşteynin qızına və özündən sonra gələcək yeni nəslin aydın insanlarına (buna çox inanırdı) yazdığı məktubu:

Nisbilik nəzəriyyəsini açıqladığım zaman çox az insan məni başa düşdü. İndi yazacaqlarım da insanlığa aydın olanadək, bu dünyada yanlış anlaşılmağa və önyarğıyla vuruşmağa məhkumdu.
 

Məktubları çox uzun müddət qoruyub saxlamağını istəyirəm, ta o vaxta kimi ki, cəmiyyət bu yazdıqlarımı qəbul edəcək səviyyədə inkişaf etsin.
 

Elmin izah edə bilmədiyi son dərəcə böyük bir güc var. Bu güc kainatda çalışan bütün digər hadisələri özündə birləşdirib,  nəzarət edir. 

Bu universal güc SEVGİDİR.
 

Elm adamları kainatın vahid bir nəzəriyyəsini axtararkən, ən böyük, görünməz, universal gücü unutdular.

Sevgi verən və alanları nurlandıran bir işıqdı. 

Sevgi bir cazibədi.

İnsanların bir-birinə olan cazibəsi bu cür baş verir.    
Sevgi gücdü, çünki  içimizdəki ən yaxşı olanı artırır və bəşəriyyəti  kor eqolarda batmağa qoymur. 

Sevgi üçün yaşayır və ölürük. Sevgi Allahdır, Allah isə Sevgi. Bu qüvvə hər şeyi izah edir və həyata anlam verir. Bu, bizim uzun müddət gözardı etdiyimiz təzadlı bir şeydir, bəlkə də, çünki  insanların kainatda  öz azad iradələrinə tabe edə bilmədikləri, yönəldə bilmədikləri tək enerji sevgidi və elə buna görə də sevgidən qorxuruq.
Sevgini anlamaq üçün,  ən məşhur tənliklərimdə sadə dəyişmələr etdim. Əgər E=mc2 yerinə, dünyanı yaxşılaşdıracaq enerjinin, işıq sürətinin kvadratına vurulan sevgiylə əldə oluna biləcəyini qəbul etsək, bu nəticəyə gəlmək olar: Sevgi ən böyük gücdü, çünki məhdudiyyəti yoxdu. Planetimizi məhv edən nifrət, eqoizm və paxıllığı tamamilə yox edə biləcək qədər güclü bir qurğu olan "sevgi bombası"nı hazırlamaq üçün yəqin ki, biz hələ hazır deyilik. Buna baxmayaraq, hər bir fərdin içindəki enerjinin ortaya çıxmasını gözləyən kiçik, lakin çox güclü bir generator - sevgi var.
Bəşəriyyətin kainatda bizim düşmənimiz halına gələn digər qüvvələri istifadə və nəzarətindəki uğursuzluğundan sonra özümüzü başqa növ bir enerjiylə bəsləməyimiz zəruridir. 
Əgər cinsimizin həyatda qalmasını arzulayırıqsa, əgər həyatda bir məna axtarmaq lazımdısa, əgər dünya və içində yaşayan hər bir duyarlı varlığı xilas etmək istəyiriksə, sevgi tək və yeganə cavabdı.
Kainatın bu universal enerjisini alıb - verməyi öyrəndiyimiz zaman, biz hər şeyi aşa biləcəyimizi anlayacıq, əziz Lieserl. Çünki sevgi hər şeyin fövqündə durandı, həyatın özəyidi. Çox təəssüf ki, sənə duyduğum hissləri həyatım boyu ifadə edə bilməmişəm. Bəlkə üzr istəmək üçün artıq çox gecdi, ancaq – zaman nisbi anlayışdı. Mən sənə deməliyəm ki, səni sevirəm və sayəndə həyatımın son cavabını tapdım.

Atan Albert Eynşteyn