20:50, 09 Yanvar 2017 (Bazar ertəsi) 101

Fərda “Selfinaz”ı tənqid edənləri təhqir etdi – VİDEO

Fərda “Selfinaz”ı tənqid edənləri təhqir etdi –   VİDEO
/ LİFE
Aktyor Fərda Amin sosial şəbəkədə paylaşdığı videoda “Selfinaz” adlı “stand-up” şousunu tənqid edən şəxsləri təhqir edib.

A24.Az xəbər verir ki, o, fərdi şəkildə çəkdiyi videoda onu dəstəkləyənlərə deyil, tənqid edənlərə belə müraciət edib: “Sözüm mənə dəstək olanlara deyil, uğurumu həzm edə bilməyənlərə, məni tənqid edənlərədir; “Selfinaz” uzun müddətdən sonra “youtub”a qoyuldu və Azərbaycan incəsənətinə 3-4-5 manatlıq dəstəyi olmayan 20 manatlıq “wi-fi” adamları, oturub evdə pulsuz izləyəndən sonra sancılanmağa başladılar. Əslində may ayından bu yana hesablasaq 9-cu ay keçmişik, bu sancıların olmağı normaldır. İnşallah əlinizdə, ovcunuzda qalsın”.

Aktyorun özü tərəfindən paylaşılan həmin videonu təqdim edirik:


365.az