11:30, 21 Aprel 2017 (Cümə) 96

Fərəh Məmmədova: "Məqsəd daha güclü, dayanıqlı bank formalaşdırmaq, bazar payını artırmaqdır"

Fərəh Məmmədova:

Bakı. 21 aprel. / “Atabank” və “Caspian Development Bank” ASC-lərin konsolidasiyasında məqsəd məhz bu siyasətə dəstək olmaq, daha güclü, dayanıqlı bank formalaşdırmaq, mövcud bazar paylarını artırmaq, ölkə iqtisadiyyatına, bank sektoruna daha səmərəli töhfə verməkdir".

“Report”un məlumatına görə, bunu bankların birləşməsi ilə bağlı bu gün keçirilən mətbuat konfrasında “Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi bankın daim əsas hədəfi müasir bankçılıq prinsipləri və qabaqcıl texnologiyaları tətbiq etməklə müştəriləri üçün faydalı və lazımi məhsul və xidmətlər yaratmaq, onların maliyyə alətlərinə olan tələblərini qarşılamaq, ölkədə prioritet hesab olunan kiçik və orta sahibkarlığı dəstəkləmək olub. Konsolidasiyadan sonra da bu hədəflərin yenə də prioritet olacağını bildirən F.Məmmədova bu birləşmənin gələcək inkişaf üçün geniş perspektivlər açacağını bildirib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";