20:44, 14 Aprel 2017 (Cümə) 155

Fidan Hacıyeva Minskdə Karmen rolunda çıxış edəcək

Fidan Hacıyeva Minskdə Karmen rolunda çıxış edəcək

Bakı. 14 aprel. / Xalq artisti Fidan Hacıyeva və  əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Minskə qastrol səfərinə yollanacaqlar. 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər teatr ilə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı ilə mədəni əməkdaşlıq əlaqələri haqqında bağlanmış memorandum çərçivəsində aprelin 18-də baş tutacaq.

Minskdə aprelin 20-də baş tutacaq Jorj Bizenin "Karmen" operasının tamaşasında Fidan Hacıyeva  Karmen rolunda çıxış edəcək. Tamaşanı əməkdar artist Əyyub Quliyev idarə edəcək.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";