08:40, 17 Aprel 2017 (Bazar ertəsi) 179

"Forsaj-8" filmi prokatın ilk həftəsində rekord məbləğdə gəlir gətirib

Bakı. 17 aprel. / Hollivudda çəkilən "Forsaj-8" filmi (The Fate of the Furious, 2017) prokata çıxdığı ilk həftə ərzində, ilkin məlumata görə, təqribən 532,5 milyon dollar gəlir gətirib ki, bu da sözügedən göstərici üzrə mütləq rekorddur.

"Report" xəbər verir ki, bu barədə filmin hüquqlarının məxsus olduğu Amerikanın "Universal Pictures" kinoşirkəti məlumat yayıb.

Beləliklə, Feliks Qeri Qreyin rejissoru olduğu ekran əsəri "Ulduz müharibələri: Güclərin oyanışı" filminin (Star Wars: The Force Awakens, 2015) rekordunu yeniləyib. Sonuncu dünya prokatının ilk həftəsi 529 mln. dollar gəlir gətirib.

Filmdə baş rolları Vin Dizel və Dueyn Conson ifa edir.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";