UŞAQ / BÖYÜK
Frans Kafka ilə parkda ağlayan kiçik qızın hekayəsi Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Müasir dünya ədəbiyyatının özünəməxsus müəlliflərindən biri kimi qəbul edilən Frans Kafka ilə parkda ağlayan kiçik qızın hekayəsi.

   

Frans Kafka gündəlik yürüşlərini etdiyi parkda bir gün ağlayan balaca bir qıza rast gəlir. Səbəbi isə oyuncaq gəlinciyini itirməyi olur. Kafka gəlinciyi onun yerinə axtarmağı təklif edir və ertəsi gün eyni yerdə görüşmək üzrə razılaşıb ayrılırlar. Kafka balaca qıza gəlinciyin adından bir məktub yazır və görüşəndə ona oxuyur. Məktubda belə yazır: "Xahiş edirəm, mənə görə kədərlənmə, dünyanı görmək üçün uzun bir səfərə çıxdım. Sənə başıma gələnləri danışacam". Bundan sonra Kafka balaca qızla hər dəfə görüşür, oyuncaq gəlinciyin xəyali macəralarını oxuyur. Görüşlərinin son günündə Kafka kiçik qıza bir gəlincik gətirir. Gəlincik qızın ilk oyuncağından çox fərqli idi. Ancaq üstündəki kiçik not bütün sual işarələrini yox etdi: "Səfərim məni çox dəyişdi". Aradan illər keçir. Artıq yetkinlik yaşında olanda qız gəlinciyin üstündə kiçik bir çat yeri görür. İçində nəsə vardı. Ovub çıxarır və kağıza yazılmış bu sözləri oxuyur: "Sevdiyin hər şeyi gec, ya tez itirə bilərsən, amma sonunda sevgi başqa bir formada geri qayıdacaq".

NƏTİCƏ: Xəyallar və gerçəklər. Həyata haradan və necə baxdığımıza bağlıdı. Bu baxışların bəziləri yaşadır, yeni pəncərələr açır, bəziləri isə öldürür.