13:45, 21 Aprel 2017 (Cümə) 85

Füzulidə tank əleyhinə minanın boş gövdəsi aşkar edilərək götürülüb

Füzulidə tank əleyhinə minanın boş gövdəsi aşkar edilərək götürülüb

Bakı. 21 aprel. / Füzuli rayonunun Qaraxanbəyli kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə TM-62M minasının boş gövdəsi aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 670 kv.m ərazi (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları) yoxlanılıb.

Ümumilikdə Agentlik yanvarın 1-dən aprelin 21-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 5 132 ədəd partlamamış hərbi sursat, 107 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 2 104 871 kv.m ərazi (536 461 kv.m əl, 602 500 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 852 910 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";