QADIN / KİŞİ
Gələcəyin üçün #OxuQızım - Hər zaman aktual, vacib bir təşəbbüsə start verildi Tarix : 08 İyul 2018, 16:12
Yazar : Qadinkimi.com

Bu gün ADA Universitetinin Avropa İttifaqı üzrə Bilik Mərkəzi (CEEUS) Kent Universitetinin rəhbərliyi ilə Global Challenges Research Fund (GCRF) COMPASS proyekti çərçivəsində #OxuQızım (#StudyMyGirl) təşəbbüsünə start verir.

Təşəbbüsün məqsədi qadınların layiq olduqları təhsili almalarına dəstək vermək və onların təhsil almalarına qarşı yönəlmiş fiziki və ictimai təzyiqlər haqqında ictimai müzakirə platforması formalaşdırmaqdır.

Təşəbbüs qadınların təhsil almalarına qarşı yönəlmiş səddləri aradan qaldırmaq üçün müxtəlif layihələrin və təlimlərin təşkil edilməsi ilə davam etdiriləcəkdir.

Təşəbbüsə qoşulmaq üçün #OxuQızım#StudyMyGirl istifadə edin!