17:07, 21 Aprel 2017 (Cümə) 82

Gənc Tamaşaçılar Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq

Gənc Tamaşaçılar Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq

Bakı. 21 aprel. / Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  aprelin 22-də saat 12:00 və 14:00-da məktəblilər üçün A.Şaiqin “Tıq-tıq xanım”, axşam saat 19:00-da böyüklər üçün Ə.Əmirlinin “Mən səni sevirəm – MSS”,  aprelin 23-də saat 12:00 və 14:00-da məktəblilər üçün P.Pançevin “Dörd əkizin nağılı”, axşam isə şəhərimizin sakinləri və xarici qonaqlar üçün məşhur dramaturq Martin MakDonaxın “Lineynin gözəllik kraliçası” tamaşalarını nümayiş etdiriləcək.

Məbləği 5-8 AZN olan tamaşa biletlərini Bakının bütün mərkəzləşdirilmiş kassalarından və ASAN xidmət filiallarından əldə etmək mümkündür.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";