14:48, 12 Yanvar 2017 (Cümə axşamı) 255

Gənəcənin veteran futbolçusunun ölümünün təfərrüatı məlum oldu

Gənəcənin veteran futbolçusunun ölümünün təfərrüatı məlum oldu
/ İDMAN
Gəncənin veteran futbolçusu Faiq Cabbarovun öldürülməsi haqda məlumat vermişdik.

Sport7.az
xəbər verir ki, Cabbarovun dünyasını dəyişməsi doğrudu. Ancaq o heç kim tərəfindən öldürülməyib. Məsələ burasındadı ki, 4-5 gündü evinə qayıtmayan Faiq bəyin cəsədi küçədən tapılıb. Əldə etdiyimiz məlumata görə Cabbarov gecə yatıb, səhər isə ayılmayıb və canını tapşırıb.

Qeyd edək ki, Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993-98-ci illərdə Azərbaycan yığmasında da oynayıb. O bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.

Məşqçi karyerasında isə son iş yeri hazırda Qəhrəman Əliyevin çalışdırdığı "Şəmkir" olub.

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";