13:13, 21 Aprel 2017 (Cümə) 75

Gökhan Gönül penaltidən imtina edib

Gökhan Gönül penaltidən imtina edib
/ İDMAN
Xəbər verdiyimiz kimi, ötən gecə Avropa Liqasının 1/4 finalında "Beşiktaş” doğma meydanda "Lion”u qəbul edib. Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan "qara qartallar” matçın əsas vaxtını eyni hesablı üstünlüklə başa vurub. Görüş penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan qonaqlar (7:6) yarımfinala vəsiqə qazanıb.

Sport7.az xəbər verir ki, komandada bir çox zədəli olması səbəbi ilə, baş məşqçi Şenol Günəş penalti vuracaq futbolçuların siyahısını hazırlamaqda çətinlik çəkib. 

Adriano və Kuarejmanın zədələnərək oyunu tərk etmələrinin ardından Gökhan Gönülün də matçı yarımçıq tərk etməsi "qara qartallar"ı pis vəziyyətə salıb. 

Təcrübəli futbolçuya "Penaltini vura bilərsən?" sualına Gönül, "Yox" deyə cavab verib. 

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";