14:19, 09 Oktyabr 2015 (Cümə) 1371

Google "əlifba"nı satın aldı

Google
/ TEXNO
Dünyanın aparıcı axtarış mühərriklərindən biri olan Google, abcdefghijklmnopqrstuvwxyz.com domenini alıb.

1999-cu ildə yaradılan domenin 2717 dollara satıldığı bildirilir. 

Google bu ilin Avqustundan başlayaraq bütün bölmələrini "Alphabet" adlı şirkətin adı altında toplayır. "Alphabet" bir holdinqdir. Şirkətin internet səhifəsinin adı abc.xyz-dir. BMW-dən alphabet.com ünvanını ala bilməyən Google, çarəni bütün əlifbanın göründüyü abcdefghijklmnopqrstuvwxyz.com domenini almaqda tapıb.

 Alphabet nümayəndələri, "Abc.xyz-də bir neçə hərfin əskik olduğunu gördük və sadəcə, bu çatışmazlığı aradan qaldırmaq istədik" deyə bildiriblər.

Google-ın 18 min 95 ədəd domeni var. Şirkət səhv yazılmaların qarşısını almaq üçün Googl.com və Gogle.com domenlərinin də sahibidir.

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";