11:25, 05 Mart 2016 (Şənbə) 596

“Google”dan daha bir YENİLİK

“Google”dan daha bir   YENİLİK
/ TEXNO
"Google” şirkəti kontaktsız ödənişlər prosesini sadələşdirmək məqsədi daşıyan eksperimental "Hands Free” layihəsini təqdim edib. Yeni "Hands Free” xidməti alıcıya alış-veriş üçün ödənişi cibdən pul kisəsini və ya smartfonu çıxartmadan "Mən Google ilə ödəniş edəcəyəm” (I’ll pay with Google) ifadəsini işlətməklə həyata keçirməyə imkan verəcək.

365.Az ictnews.az-a istanadən xəbər verir ki, "Hands Free” əlavəsi artıq "Android” sistemli qurğular (Jelly Bean 4.2+) və "iPhone” modelləri (4S+) üçün buraxılsa da, kontaktsız ödəniş funksiyası hələ ki sınaq rejimində işləyir. Hazırda "səslə” yalnız San-Fransiskonun bir neçə mağaza və kafesində ödəniş etmək mümkündür.

"Hands Free” servisi "Android Pay” ödəniş funksiyası ilə əlaqəsi olmayan müstəqil mobil proqramdır. Yeni sistem insanın olduğu yeri "Wi-Fi”, "Bluetooth LE”, lokasiya xidmətləri və smartfonda quraşdırılan digər ötürücülər vasitəsilə müəyyən edir. İstifadəçi "Mən Google ilə ödəniş edəcəyəm” deyəndən sonra satıcı "Hands Free”yə əvvəlcədən quraşdırılan inisial və fotoşəkilin uyğunluğunu tutuşdurur.

Bundan başqa, bir sıra mağazalarda alıcının şəxsiyyətini avtomatik təsdiq edən kameralar quraşdırılıb. Kameraların çəkdiyi şəkillər dərhal silinir, ticarət nöqtələri isə bank kartı məlumatlarından istifadə etmək imkanına malik deyillər.

365.Az