17:39, 20 Aprel 2017 (Cümə axşamı) 58

Gürcüstan prezidenti ölkə konstitusiyasının yeni layihəsini tənqid edib

Gürcüstan prezidenti ölkə konstitusiyasının yeni layihəsini tənqid edib
/ DÜNYA

Bakı. 20 aprel. / Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili yeni redaksiyada konstitusiya layihəsini tənqid edib.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, G.Marqvelaşvili yeni layihəyə görə prezidenti vətəndaşların yox, 300 xüsusi səs hüquq olan seçicinin müəyyənləşdirəcəyindən narazıdır.

"Təəssüf ki, ölkə prezidentini xalqın seçməsi kimi variantı nəzərə alınmayıb. İkincisi, belə yolla seçilmiş prezidentin 2013-cü ildən qalan hüquqları da olmayacaq. Ən dəhşətlisi isə odur ki, ölkə faktiki olaraq ali baş komandansız qalacaq", - G.Marqvelaşvili bildirib.

Dövlət başçısı yeni layihədə bəyəndiyi məqamı da açıqlayıb. O, parlament seçkilərində majoritar sistemin ləğv edilməsini müsbət addım kimi dəyərləndirib. Eyni zamand, prezident bu məsələdə heç bir müəyyənliyin olmadığını vurğulayıb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";