10:48, 20 Aprel 2017 (Cümə axşamı) 119

"Güzəştli Mənzil" e-sisteminin işini təmin etmək üçün Regional Data Mərkəzinin texniki imkanlarından istifadə ediləcək

Bakı. 20 aprel. / Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Mənzil İnşaat Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlığa başlayıb. Bu barədə “Repoirt”a MİDA-nın mətbuat xidmətindən bildirlib.

Müqaviləyə əsasən, “MİDA” TIER III və ISO:20000 beynəlxalq sertifikatlarına malik Regional Data Mərkəzində əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.

Bundan əlavə “MİDA” MMC “Elektron Hökümət Portalı”na inteqrasiya etdiyi “Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək məqsədilə “AzInTelecom” MMC-nin Regional Data Mərkəzinin texniki imkanlarından yararlanmağı planlaşdırır. Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar “Güzəştli mənzil” elektron sisteminin səmərəli işinə şərait yaratmaqla yanaşı, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsi və onların rahatlığının təmin olunmasına şərait yaradacaq.

Regional Data Mərkəz bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir:

“Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır”, - deyə açıqlamada bildirilir.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";