BİLİM / DİN
Həyatınız öz əlinizdədir - Necə? Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Beynimiz maqnit kimidir. Öz inanclarını əks etdirən şeyləri özünə çəkir. Beynimizdə müəyyən bir inam varsa, şüuraltı da bu inanca uyğun həyəcan yaradır, ona uyğun gələn hadisələri və insanları özünə çəkir. Buna son vaxtlar adı tez - tez eşidilən "çəkim qanunu" deyilir. Cazibə qanunu kimi çəkim qanununun olması da dəqiqdi. Əgər beyniniz həyatınızın çətin keçəcəyinə inansa, həqiqətən də həyatınız çətin olacaq. Rastlaşacağımız hadisələr və insanlar həyatımızı çətinləşdirəcək. Əgər şüuraltımız pulun çətin qazanılacağına inansa, pul çətin əldə ediləcək. Qazanmaq üçün çox əziyyət çəkəcəksiz. Sizin gerçəyinizi şüuraltınız yaradır. Nə yaşayacağınıza özünüz yox, şüuraltınız qərar verir. İstəmədiyimiz bir vəziyyət qarşısında bu vəziyyəti hazırlayan daxili səbəblər nə ola bilər? Bu vəziyyət çox vaxt şüuraltı qorxu hisslərimizin nəticəsidir. Kainat hər zaman “bəli” deyər. Əgər “mən pulsuzam” desən “bəli, haqlısan” deyər. Əgər “mən bərəkətliyəm, hər zaman yetərli pulum var” desən, yenə də “bəli, haqlısan” deyəcək. Özünüzə şüuraltınızda, xəyallarınızda gözəl bir həyat qurun və real olacağına inanın. Uğurlar!