13:58, 25 Aprel 2017 (Çərşənbə axşamı) 54

Heydər Əliyev Sarayında “Mənim Azərbaycanım” konserti və "Koroğlu" baleti nümayiş olunacaq

Heydər Əliyev Sarayında “Mənim Azərbaycanım” konserti və

Bakı. 25. aprel. / IV İslam Həmrəyliyi Oyunları günlərində Heydər Əliyev Sarayında qonaqlara və turistlərə İslam mədəniyyəti və Azərbaycanın zəngin mədəniyyəti və incəsənətini əks etdirən müxtəlif tədbirlər və konsert proqramları təqdim ediləcək.

Sarayın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprel ayında Bakı Şoppinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq. 

Obrazlığı, rəngarəngliyi və ifaları böyük marağla qarşılanan və qonaqlar tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” birpərdəli milli baletinin nümayişi mayın 20-də Heydər Əliyev Sarayında baş tutacaq.

Konsertin bədii rəhbəri və quruluşçusu Rusiya Federasiyasının xalq artisti Dikalu Muzakaevdir.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";