06:30, 26 Aprel 2017 (Çərşənbə) 117

Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya dünyasını dəyişib

Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya dünyasını dəyişib

Bakı. 26 aprel. / Adolf Hitlerin meyitinin tanınmasında iştirak edən hərbi yazıçı Yelena Rjevskaya 98 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun nəvəsi Lyubov Summ "Facebook" səhifəsində məlumat verib.

"Dostlar, o sizi xatırlayır və sevirdi", — deyə Summ yazıb.

Yelena Rjevskaya Berlinə hücumu zamanı Adolf Hitlerin axtarışında və nəşinin tanınmasında iştirak edib. O, 1948-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. SSRİ-nin Yazıçılar İttifaqının üzvü idi. Rjevskaya "Berlin, may 1945", "Fevral — əyri yollar", "Yaxın yanaşmalar", "Durğu işarələri", "XX əsrin çiyinləri arxasında" kimi kitabların müəllifi idi.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";