14:21, 24 Aprel 2017 (Bazar ertəsi) 85

HR idarəetmədə artıq problem olmayacaq!

HR idarəetmədə artıq problem olmayacaq!
Müasir şəraitdə təşkilatın uğurlu inkişafı xeyli dərəcədə işçi heyətinin daimi hazırlığı, ixtisasının artırılması, strateji planlaşdırma və peşəkar istiqamətləndirmə ilə əldə olunan rəqabət qabiliyyətindən asılıdır. Lakin buna baxmayaraq, bu gün personalı idarəetmə funksiyalarının təmin edilməsində artan obyektiv tələbatla buna görə cavabdehlik daşıyan xidmətlər arasında ciddi uyğunsuzluq yaşanır. Təəssüf ki, bu reallıq parlaq və uğurlu inkişaf üçün heç bir əsas vermir.

Müəssisələrdə kadrlara vahid yanaşma sisteminin, bacarıq və qabiliyyətlərin müəyyənləşdirilməsinin, professional və karyera inkişafının, əməkhaqqı hesablanması dəqiqliyinin, eləcə də əməkdaşlara nəzarətin olunmaması kimi problemlər rəhbərlərin qarşısına idarəetmə sisteminin təkmilləşdirilməsi vəzifəsini qoyur.

14 ildir ki, bu cür problemlərin həlli istiqamətində PRONET MMC şirkəti sənəd dövriyyəsi, layihələr, maliyyə, müştəri münasibətləri və s. sahələrdə də uğurla tətbiq edilən həlləri təqdim etməklə yanaşı, həm də işçi heyətin idarəetmə sistemini qaydaya salmağa imkan yaradan ProİD proqram təminatını bir çox böyük və aparıcı şirkətlərdə tətbiq etmişdir.

ProİD biznes prosesslərin və analitik imkanların geniş kompleksindən ibarət olan və özündə davamiyyətə nəzarət, əməkhaqqıların hesabatı, işə qəbul və təlimlər kimi bölmələri cəmləşdirən unikal bir sistemdir.

Beləliklə ProİD hansı problemlərdən azad edir?

• Əməkdaşlara vahid yanaşma sisteminin olmaması işçi heyətinin səmərəli idarə edilməsinə əngəl olur. Bu səbəbdən bütün səviyyələrdə kadrların seçilməsi keyfiyyəti və yerləşdirilməsi üzrə bütün kompleks tədbirləri həyata keçirən HR xidmətləri heyətin idarə edilməsini təmin etmə rolunu üzərinə götürməyə qadir deyil. Onların işin səmərəliliyinə praktiki təsiri azdır. ProİD proqramı işçi və rəhbərlər arasında şəffaf sistem quraraq, hər bir əməkdaşa vahid yanaşmanı təmin edir.

• ProİD əmək fondunun formalaşmasında və əməkhaqqının hesablanmasında yaranan səhvlərdən həmişəlik qurtulmağa kömək edir, bundan başqa mühasibat, maliyyə və kadr şöbəsi xəstəlik vərəqi, bonus, əlavə iş saatları, ezamiyyət, məzuniyyət və s. haqqında bütün məlumatları onlayn alır.

• Xərclərin xeyli azaldılması və səmərəliliyin yüksəldilməsi ilə yanaşı ProİD sisteminin tətbiqində əsas tələb bütün coğrafi baxımdan uzaq olan filial istifadəçilərin eyni zamanda iş imkanını vahid metod çərçivəsində "online" rejimində saxlamaqdır.

• İş vaxtı uçotunun personalın nizam-intizamına təsir göstərdiyi danılmaz faktdır. ProID sistemi, kadrların nəzarətinə xərclənən zamana və pula qənaət etmək imkanı verir. Rəhbərlik dərhal üzrsüz səbəblərdən gecikmələr, fasilələr və vaxtından əvvəl işi tərk etmə halları haqqında xəbərdar olmaq, eləcə də tabeliyində olan işçilərin məşğulluğuna (icazə, məzuniyyət, ezamiyyət, görüşlər və s.) baxmaq qabiliyyətindədir.

Beləliklə PRONET MMC şirkətinin məhsulu olan ProİD proqram təminatının məhsuldarlığı və müştəri məmnuniyyətini artırmaq, biznes proseslərinin bütövlüyünü təmin etmək üçün bənzərsiz vasitə olduğu şübhəsizdir!

Odur ki, bu sistemdən yararlanaraq insan resurslarını şəffaf və effektiv idarə edən şirkətlər və dövlət qurumları arasında Mədəniyyət və Turizm Nazirliyi, Hilton otel, Sirab ASC, İDEA, SGS və s. kimi təşkilatları da qeyd etmək olar.

Bizim Sizə ProID haqqında verəcəyimiz daha çox məlumatımız var!


Ünvan: İnşaatçılar prospekti 17A
AZ1065, Bakı, Azərbaycan
Tel:+994 (012) 3102121
Sayt: www.prospect.az
E-mail: [email protected]


İnkişaf üçün yeniliklər etmək vaxtıdır!

(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";