17:44, 21 Aprel 2017 (Cümə) 86

İƏT və ÜTT-nin baş katibləri Azərbaycana səfər edəcəklər

İƏT və ÜTT-nin baş katibləri Azərbaycana səfər edəcəklər

Bakı. 21 aprel. / BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasser Abdulaziz Əl Nasir, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yousef Al Othaimeen və Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai Azərbaycana səfər edəcək.  

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, onlar Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəklər. 

Qeyd edək ki, mayın 4-6-da YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";