17:47, 21 Aprel 2017 (Cümə) 73

"İnanıram ki, yarımfinal matçlarına tam hazır çıxacağıq" - Nedved

/ İDMAN
Çexiya yığmasının və "Yuventus"un əfasanəvi futbolçusu hazırda "qoca sinyora"nın vitse-prezidenti vəzifəsində çalışan Pavel Nedved komandasının ÇL-in yarımfinalında qarşılaşacağı "Monako" ilə oyun haqda danışıb.

Sport7.az xəbər verir ki, Nedved püşkatmanı belə dəyərləndirib: "Yarımfinalda kiminlə qarşılaşmağın daha yaxşı olduğunu demək çətindi. Çempionlar Liqasında buraxdığın səhvi bağışlamırlar. İnanıram ki, yarımfinal matçlarına da tam hazır çıxacağıq. Bizi gənc komandaya qarşı oyunlar gözləyir. "Monako”nun futbolçuları meydanda çox qaçırlar. Bu cür komandaya qarşı oynamaq isə həmişə çətindi”.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 2-3-də, cavab qarşılaşmaları isə 9-10-da keçiriləcək.

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";